Yaponiya və İspaniya 1/8 finalda! Qələbə Almaniya millisinə kömək olmadı, qrupda qaldı

Bu gün Qətərdə futbol üzrə dünya çempionatının 3-cü turunda “E” qrupunda həyacanlı anlar yaşanıb. Allsport.az saytı xəbər verir ki, hər 2 matçda durum vaxtaşırı dəyişib.

Almaniyanı 2:1 məyus etməklə sensasiya edən Yaponiya futbolçuları, son oyunda eyni hesabla Dünya Kubokuna daha bir iddialı komandanı, İspaniyanı yenərək, lider kimi 1/8 finala çıxıblar.

Almaniya seçməsi Kosta Rikaya 4:2 qalib gəlsə də, top fərqinə görə pireneylilərdən geri qalaraq, qrupda 3-cü olublar. İspaniyanın dadına ilk oyunda mərkəzi amerikalılara 7:0 hesablı qələbə çatıb. 

Həmin kateqoriyadan