Yaponiyada olimpiya alovu estafetsiz fənərlə gəzdiriləcək

Tokio-2020 təşkilat komitəsi olimpiya məşəli estafetinin keçirilməməsi və bunun əvəzində olimpiya alovunun olduğu fənərin bütün Yaponiya ərazisində gəzdirilməsi barədə qərar qəbul edib. Allsport.az saytı xəbər verir ki, tədbirin ənənəsi marşrut boyunca çoxlu sayda insanı cəlb etməsi yeni koronavirusun yayılması üçün əlverişli şərait yarada bilərdi.

Olimpiya oyunlarının fənər içərisinə yerləşdirilmiş alovunun martın 26-dan başlayaraq ölkə üzrə səyahətə çıxacağı gözlənilir. İlkin plana əsasən, məşəl estafetinin həmin günFukuşima prefekturasından başlaması nəzərdə tutulmuşdu.

Həmin kateqoriyadan