Yaponiyanın paytaxt zonasında yerli tamaşaçılar olimpiada tədbirlərinə buraxılmayacaq

Tokio yay olimpiya və paralimpiya Oyunlarının təşkilatçıları Yaponiyanın paytaxt regionunda tədbirlərə yerli tamaşaçıların buraxılmaması barədə qərar qəbul ediblər.

Allsport.az saytı xəbər verir ki, bura Tokio, Kanaqava, Saytama və Çiba prefekturaları daxildir. Bu ərəfədə hökumət koronavirus pandemiyasına görə paytaxtda iyulun 12-dən 22-dək fövqəladə vəziyyət elan edib.

Eyni zamanda, həmin müddətdə Kanaqava, Saytama və Çiba prefekturalarında COVİR-19-a qarşı gücləndirilmiş tədbirlər davam etdiriləcək. Bu rejimdə tamaşaçıların kütləvi tədbirlərə buraxılması qadağan olunur.

Həmin kateqoriyadan