Yaşar Bəşirov EKF-nin konqresində Avropa çempionatını təqdim edib

İspaniyanın Quadalaxara şəhərində Avropa karate federasiyasının növbəti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, qurumun 51 üzvünün iştirakı etdiyi toplantıda ötən dövrün hesabatları dinlənib, qarşıdakı qitə çempionatınadək planlar müzakirə olunub. bizdən yığıncağa AMKF prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov qatılıblar.

Konqresi giriş sözü ilə açan EKF-in prezidenti Antonio Espinos cari məsələlərlə yanaşı, karatenin yay olimpiya oyunlarının proqramında qalması istiqamətində işlər aparıldığını söyləyib. Konqresin gündəliyinə əsasən 2020-ci ildə 55-ci Avropa çempionatının təqdimat mərasimi olub.

AMKF-in prezidenti Yaşar Bəşirov çıxışında Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini, digər idman növləri ilə yanaşı karateyə də dövlət tərəfindən böyük dəstək göstərildiyini diqqətə çatdırıb. O, EKF-in prezidenti Antonio Espinosun söylədiyi kimi Tokio 2020 olimpiadasının proqramına daxi edilməsində, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən karatenin Avropa oyunlarına salınması təşəbbüsünün böyük dəstəyi olduğunu nəzərə çatdırıb.

Federasiya prezidenti digər ölkələrin rəsmilərinə 55-ci Avropa çempionatı ilə bağlı ətraflı məlumat verilib, məsul yarışa hazırlıq işlərinin aparıldığını deyib. Antonio Espinos 2012-ci ildə yeniyetmə və gənclərin qitə çempionatını yüksək səviyyədə təşkil edən Azərbaycanın, növbəti ciddi sınaqdan da uğurla çıxacağına inandığını söyləyib.   

Həmin gün həmçinin EKF-in icraiyyə komitəsinin yığıncağı olub. Toplantıda Yaşar Bəşirov da işitrak edib. İclasın gündəliyindəki məsələlər müzakirə olunub, müəyyən məsələlərin həlli yolları araşdırılıb. 

Həmin kateqoriyadan