Yaşar Bəşirov Moskvada təltif olunub

Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov Rusiya döyüş sənətləri ittifaqının dəvəti ilə fəxri qonaq kimi Moskvada ənənəvi “Qızıl kəmər” mükafatının təntənəli təqdim olunma mərasimində  iştirak edib. Allsport.az saytı xəbər verir ki, nüfuzlu təşkilat tərəfindən keçirilən tədbirdə ötən mövsümdə bir sıra nominasiyalarda fərqlənən idmançılar, məşqçilər və digər idman mütəxəssisləri təltif olunub. Tədbirdə həmçinin Rusiya federasiyasının prezidenti Vladimir Putinin təbrik və arzuları səsləndirilib.

Həmyerlimiz tədbir ərəfəsində Rusiyanın döyüş sənətləri sahəsində fərqlənən bir neçə tanınmış veteranına, o cümlədən Rusiya döyüş sənətləri ittifaqının idarə heyətinin üzvü Aleksey Şturminə, təşkilatın icraçı direktoru Ramin Qadasova, ilk SSRİ çempionları Aleksandr İnşakova və SSRİ seçmə komandasının ilk kapitanı Viktor Xana Azərbaycan milli karate federasiyasının 25 illik yubileyi medalını və fəxri diplom təqdim edib. 

Həmin kateqoriyadan