“Yaxşı oynadığımız vaxt qapımızda qol gördük”

“Yaxşı oynadığımız vaxt qapımızda qol gördük”

“İmişli”nin baş məşqçisi Fərid Namazov premyer liqanın 4-cü turunda “Qəbələ”yə qarşı keçirilən oyunu şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis 1:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Həftəiçi rəqibimizdə məşqçi dəyişikliyi olmuşdu. Adətən yeni məşqçi gələndə komandada qeyri-ixtiyari daha istəkli olurlar, həm taktiki, həm də fiziki baxımdan daha istəkli çıxış etməyə çalışırlar.

Gözlədiyimiz kimi, ilk 15 dəqiqə rəqibin təzyiqi altında keçdi. Əfsuslar olsun ki, çox epizodlar da buraxdıq. Çempionatda 3 ildir eyni taktika ilə meydana çıxan rəqibimizin fərqli taktika ilə oynayacağını düşünürdük. Bildiyimiz kimi, bəzi məsələlər taktika ilə deyil, fərdi şəkildə həll olunur. İlk 15 dəqiqədə top buraxdıq, sonradan oyunu bərabərləşdirə bildik.

İkinci hissə daha maraqlı keçdi. Əfsuslar olsun ki, yaxşı oynadığımız vaxt qapımızda qol gördük. Əlavə olaraq Salahətdinin oyununu qeyd etmək istəyirəm. Həqiqətən də, matçda kritik qurtarışlar etdi. Sonda azarkeşlərimizə təşəkkür edirəm ki, uzaq yoldan gəlib bizə dəstək oldular”.

Həmin kateqoriyadan