Yay olimpiya oyunları tarixinin medal siyahısında Azərbaycan neçəncidir?

Tokio-2020-dən sonra, bütün zamanların ümumi medal sıralaması dərc olunub. Allsport.az saytı xəbər verir ki, siyahıda 1896-cı ildən başlanan müasir yay olimpiya oyunlarında fərqlənən komandalar yer alıb.

Cədvəldə ölkələr yarışda iştirak etdiyi vaxtda adlandığı kimi göstərilib. İndiyədək 15 min 683 medal sahibini tapıb. Bunun 5116-sı qızıl, 5080-i gümüş, 5487-si bürüncdür.

Debütü 1996-cı ildə gerçəkləşən və 7 olimpiadaya qatılan Azərbaycan sıralamada 63-cüdür. İdmançılarımız 7 qızıl, 14 gümüş və 28 bürünc medal qazanıblar.

İndiyədək 154 komanda hesabına mükafat yazıb. ABŞ 1-ci, SSRİ 2-ci, Böyük Britaniya 3-cüdür.

Həmin kateqoriyadan