- Baxış sayı: 86
- 04 Noyabr 2026 12:36
- Baxış sayı: 350
- Noyabr 09, 2026
- 0

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə qadınlar arasında “Balkan Cup” turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, yarışda İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş, Əlcəzair kimi ölkələrin təmsilçiləri mübarizə aparıb.
London Olimpiadasının iştirakçısı Yelena Vıstropova 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Kanada təmsilçisini, finalda isə ispaniyalı Mirriam Qutyerrez Parranı məğlub edib.