Yeni arenada Azərbaycan derbisi

Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti görüşləri keçirilir. Allsport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.

Hər iki qarşılaşma eyni vaxtda start götürəcək. Son çempion “Qarabağ” yeni inşa olunmuş staionunda “Neftçi” ilə qarşılaşacaq. “Sumqayıt” isə AzAL ilə üz-üzə gələcək.

Topaz Premyer Liqası
6-cı tur
26 sentyabr

19:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Bakı. “Qarabağ Arena”.

19:00. “Sumqayıt” – AzAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
Sumqayıt “Kapital Bank Arena”.

Turun digər oyunları: “İnter” – “Kəpəz” – 1:0, “Rəvan” – “Qəbələ” – 0:3.

Tura sabah keçiriləcək “Xəzər Lənkəran” – “Zirə” matçı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan