Yeni iş yeri bəlli oldu

Yeni iş yeri bəlli oldu

İtaliya futbol federasiyası milli komandanın baş məşqçi postu üçün Xosep Qvardiola ilə danışıqlara başladığını təsdiqləyib.

Allsport.az xəbər verir ki, bunu qurumun prezidenti Covanni Malaqo açıqlayıb:

“Büdcəmiz məhduddur. Düzdür, artıq Qvardiola ilə danışıqlar başlayıb. Amma prosesin necə yekunlaşacağını deyə bilmərəm. O, yeganə namizəd deyil. Siyahımızda Andrea Pirlo və Roberto Mançini də var. Çalışacağıq ki, bu məsələni qısa müddətdə həll edək”.

Hazırda işsiz olan Qvardiolanın son klubu İngiltərənin “Mançester Siti”si olub.

İtaliya millisinin əvvəlki baş məşqçisi Cennaro Qattuzo bir neçə ay əvvəl vəzifəsindən ayrılıb.

Həmin kateqoriyadan