Yeni klubu bəlli oldu

Yeni klubu bəlli oldu

“Arsenal”ın yarımmüdafiəçisi Fabio Vieyra Almaniyanın “Hamburq” komandasına keçib.

Allsport.az xəbər verir ki, ötən mövsüm sözügedən komandada icarə əsasında çıxış edən 26 yaşlı portuqaliyalı futbolçu ilə tamhüquqlu müqavilə imzalanıb.

Yarımmüdafiəçi son iki mövsümü icarədə keçirib. O, 2024/2025 mövsümündə yetirməsi olduğu Portuqaliyanın “Portu”, ötən mövsüm isə “Hamburq” klubunda forma geyinib. Futbolçu Almaniya təmsilçisinin heyətində keçirdiyi matçlarda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

2022-ci ilin iyununda “Portu”dan “Arsenal”a transfer olunan F.Vieyra bu komandanın heyətində bütün turnirlərdə 49 matça çıxıb. O, 2023-cü ildə London təmsilçisi ilə İngiltərə superkubokunun qalibi olub.

Həmin kateqoriyadan