Yeni sponsorunu tapdı

Yeni sponsorunu tapdı

“Çelsi” yeni sponsorunun axtarışını başa çatdırıb.

Allsport.az xəbər verir ki, London klubu rəqəmsal valyutalar sahəsində fəaliyyət göstərən ABŞ şirkəti “Circle internet qrup” ilə əməkdaşlıq barədə razılığa gəlib. Tərəflər arasında ilkin olaraq 1 illik müqavilə imzalanıb. Sazişin müddətinin uzadılması da mümkündür.

Razılaşmaya əsasən, qurumun rəmzi “zadəganlar”ın bu mövsüm formasının dizaynına uyğun sarı rəngdə köynəklərin ön hissəsində yerləşdiriləcək.

Əməkdaşlıq yalnız klubun əsas kişi komandasını deyil, qadınlardan ibarət kollektivi və akademiyanı da əhatə edəcək. USDC rəmzi bütün rəsmi oyun və turnirlərdə istifadə olunan formalarda yer alacaq.

Müqavilənin maliyyə detalları açıqlanmayıb. Lakin daha əvvəl klub rəhbərliyinin titul sponsorluğu üçün mövsümə təxminən 50 milyon funt-sterlinq məbləğində gəlir əldə etməyi hədəflədiyi bildirilirdi.

Həmin kateqoriyadan