- Baxış sayı: 32
- 31 Avqust 2026 23:57
- Baxış sayı: 147
- Avqust 30, 2026
- 0

“Neftçi” daha bir futbolçu transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvü olub.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək. Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Hersoqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/2027 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya liqa kubokunda isə 5 matçın hamısında forma geyinib.