- Baxış sayı: 39
- 11 Oktyabr 2026 21:56
- Baxış sayı: 352
- Oktyabr 08, 2026
- 0

“Beşikdaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, komanda “Alanyaspor”un futbolçusu Ümid Ağdağı transfer edib.
İstanbul təmsilçisi 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Rumıniya əsilli futbolçu ötən mövsüm “Alanyaspor”un heyətində bütün turnirlər daxil olmaqla meydana çıxdığı 36 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.