Yeni vəzifə verildi

Yeni vəzifə verildi

İtaliya millisinin texniki direktoru vəzifəsinə Klaudio Ranyeri təyin olunub.

Allsport.az xəbər verir ki, 74 yaşlı mütəxəssis bu vəzifədə cəmi 16 gün çalışan Paolo Maldinini əvəzləyib.

Maldini milli komandaya yeni baş məşqçi təyin edilməsi ilə bağlı yaranmış daxili fikir ayrılığı səbəbindən postundan ayrılıb.

Ranyerinin son iş yeri “Roma” olub. O, 2025-ci ilin iyulundan 2026-cı ilin aprelinədək klubun idarə heyətinin müşaviri kimi çalışıb. Mütəxəssis bundan əvvəl, 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər isə paytaxt təmsilçisinin baş məşqçisi vəzifəsini icra edib.

Həmin kateqoriyadan