- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Argentina millisinin və “Marsel”in qapıçısı Xeronimo Rulli karyerasını İngiltərədə davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Mançester Siti” təcrübəli qolkiperlə anlaşıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Rulli ötən mövsüm “Marsel”lə Fransa çempionatında 29 oyuna çıxıb.
Qolkiper daha əvvəl 2016/17 mövsümündə “şəhərlilər”də forma geyinib. O, bundan başqa “Vilyarreal”, “Ayaks”, “Real Sosyedad” kimi klublarda da çıxış edib.