Yeniyetmə badmintonçuların paytaxt birinciliyinin qalibləri bilinib

5 saylı Bakı peşə liseyində Bakı şəhər birinciliyində 34 qız və 40 oğlan çıxış edib. Allsport.az saytı xəbər verir ki, qaliblər 5 kateqoriya üzrə müəyyənləşib. Şəxsi oğlanlar: 1.Məhəmmədəli Bayramov, 2.Sərxan Bağırov, 3.Murad İbrahimli. Şəxsi qızlar: 1.Fatimə Əşrəfova, 2.Aysu Ələkbərova, 3.Həcər Nuriyeva.

Qoşa oğlanlar: 1.Sərxan Bağırov – Məhəmmədəli Bayramov, 2.Bağır İsmayılov – Rəşad Allahverdiyev, 3.Murad İbrahimli – Məhəmməd Yolçiyev. Qoşa qızlar: 1.Fatimə Əşrəfova – Aysu Ələkbərova, 2.Nigar Səmədova – Əminə İsmayılova, 3.Həcər Nuriyeva – İntizar Mustafayeva.

Qarışıq – qoşa: 1.Həcər Nuriyeva – Sərxan Bağırov, 2.Fatimə Əşrəfova – Bağır İsmayılov, 3.Nigar Səmədova – Məhəmmədəli Bayramov. Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan