Yeniyetmə karateçilərimiz dünya məktəblilərinin idman oyunlarında

11-19-da sentyabrda Serbiyan paytaxtı Belqradda dünya məktəblilərinin idman oyunları keçiriləcək. Allsport.az saytıxəbər verir ki, yarışda ölkəmizi təhsil respublika idman mərkəzinin karate üzrə komandası təmsil edəcək.

Baş məşqçi Əbülfət Qarayev məsul yarışda 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlı (52 kq), Cavidan Cəlilzadə (57 kq), Rəşid Süleymanov (63 kq), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq), Sunay Kazımova (54 kq), Məryəm Qurbanova (+54 kq) və Ramilə Heydərlinin (kata) çıxış etməsinə üstünlük verib.

Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov oyunlarında ədaləti qoruyacaq.

Həmin kateqoriyadan