Yeniyetmə karateçimiz Avropa birinciliyinin bürünc medalını qazanıb

14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Ayla Rzazadə (54 kq) Avropa üçüncüsü olub. Allsport.az saytı xəbər verir ki, Bolqarıstan paytaxtı Sofiyada növbəti Avropa birinciliyinin 1-ci günü fərqlənən karateçimiz, rəsmi debüt sınağında 2018-ci il Yeniyetmələrin olimpiadasında iştirak etməyə real namizədlərdən biri olduğunu ortaya qoyub.

14-15 yaşlıların yarışında Tale (52 kq) və Tural Yaqubov (63 kq) qardaşlarının və Ceyhun İsmayılovun (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı qazansa da, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25-ci yerləri bölüşür.

Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaqlar. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-18 və 21 yaşadək gənclər arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.

Həmin kateqoriyadan