Yeniyetmə taekvondoçularımız dünya birinciliyinə yollanıb

Yeniyetmə taekvondoçulardan ibarət millimiz Qəbələdə təlim məşq toplanışın başa vurduqdan sonra, dünya birinciliyində iştirak etmək üçün dünən Koreya respublikasına yollanıb. Allsport.az saytı xəbər verir ki, Muju şəhərində təşkil edilən və sayca 2-ci olan dünya birinciliyinə komandamız 12 nəfərlik heyətlə qatılacaq. 23 avqustda startı veriləcək yarış 4 gün davam edəcək.

Mundialda ölkəmizi Elgün Həmidov (33 kq), Bəhruz Quluzadə (37 kq), Ziya xəlilov (41 kq), Samir Məhərrəmov (45 kq), Ruslan Seyidov (49 kq), Yunis Məmmədzadə (53 kq), Cavid Sultanov (+65 kq), qızlardan Ofeliya Allahverdiyeva (29 kq), Minayə Əkbərova (33 kq), Sevda Pirseyidova (37 kq), Zalikə Babayeva (44 kq) və Nərmin Süleymanova (47 kq) təmsil edəcəklər.

Komandamız Koreya respublikasına baş məşqçi,əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə yollanib. Xatırladaq ki, yeniyetmələrimiz 3-5 iyulda Fransanın Strasburq şəhərində təşkil edilən Avropa birinciliyində 4 medal qazanıblar. Bəhruz Quluzadə (37 kq) qızıl, Sevda Pirseyidova (37 kq) gümüş, Ziya Xəlilov (41 kq) və Yunis Məmmədzadə (53 kq) gümüş medala sahib çıxıblar.

Millimiz Vətənə 28 avqust tarixində döncək.

Həmin kateqoriyadan