Yeniyetmə və gənc karateçilər qitə birinciliyində

3-5 fevralda Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 14-15 yaşlılar arasında kumitedə ölkəmizi İsmayıl Xamoyev (52 kq), Ələddin Məlikov (57 kq), Ömər Səlimov (63 kq), Cahangir Qayıbov (70 kq), Əzim Rahib (+70 kq); Fatima Məmmədova (47 kq), Gülay Orucova (54 kq) və Mədinə Baratzadə (61 kq), 16-17 yaşlılarda Fərid Savadov (55 kq), Salman Əlirzayev (61 kq), Rəşid Süleymanov (68 kq), Məhəmməd Xamoyev (76 kq), Vahid Həsənov (+76 kq); Fatimə Cəbrayılova (48 kq), Aysu Əliyeva (50 kq), İlahə Məmmədova (52 kq) və Nəzrin Piriyeva (66 kq) təmsil edəcəklər.

21 yaşadək gənclərdə Əminağa Quliyeva (60 kq), Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə (84 kq), Osman Osmanlı (+84 kq), Xumar Əlibəyova (50 kq), Günay Ramazanova (55 kq) və Ayla Rzazadə (61 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Katada 14-15 yaşlılarda Salman Salmanov və Ramilə Heydərovanı, həmçinin 21 yaşadək gənclərdə Həsənəli Həsənov və Zəhra Qurbanzadəni çıxış edəcəklər.

Hakimlər briqadasında bizdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yer alacaqlar.

Həmin kateqoriyadan