Yeniyetmə və gənc karateçilər Xorvatiyaya yola düşüb

18-20 martda Xorvatiyanın Samobor şəhərində karateçilərin qran-prisi keçiriləcək. 

Allsport.az saytı xəbər verir ki, 16-17 yaşlı yeniyetmələrdə Aysu Əliyeva (53 kq), 18-21 gənclərdə Elmir Musayev (60 kq), Hüseyn Məmmmədli və Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüsüynzadə və Abbas Dadaşov (84 kq), Osman Osmanlı və Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq), Suadə Kərimova (55 kq), Ayla Rzazadə (61 kq), Zəhra Əliverdiyeva (-8 kq), Fidan Musayeva (+68 kq) kumitedə, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə katada çıxış edəcəklər. 

Nüfuzlu yarışa 33 ölkədən 1769 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov ədaləti qoruyanlar arasında olacaqlar.

Həmin kateqoriyadan