- Baxış sayı: 56
- 25 İyun 2026 18:26
- Baxış sayı: 23
- İyun 26, 2026
- 0

Yeniyetmə və gənc karateçilərimiz 20-22 avqustda Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, yarışda 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.
Millinin heyətində 14-15 yaşlı yeniyetmələrdən 10 idmançı, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb. Onlardan 23 nəfəri kumitedə, 5 idmançı isə kata yarışına qatılacaqlar.