Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya mükafat yarışından 10 medal qazanıb

Yeniyetmə və gənc karateçilərdən ibarət seçmə komandalarımız 28-ci Xorvatiyada qran-prisindən yüksək nəticə ilə dönür. Allsport.az saytı xəbər verir ki, Samobor şəhərində 23 ölkədən 1621 idmançının qatıldığı ənənəvi yarışda 10 medal qazanılıb.

Katada Roman Heydərov 18-20 yaşlı gənclər və böyüklər arasında qalib olub. Bu proqramda digər təmsilçimiz Ceyhun İsgəndərov 16-17 yaşlılarda 1-ci pilləyə qalxıb. 

Kumitedə Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıxova (48 kq) və Tural Yaqubov (68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov (60 kq) və Emil Güləhmədov (84 kq) bürünc mükafata yiyələniblər. 

Həmin kateqoriyadan