Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya qran-prisində

Yeniyetmə və gənc karateçilərdən ibarət millimiz Xorvatiyaya yola düşüb. Allsport.az saytı xəbər verir ki, Samobor şəhərində təşkil ediləcək 28-ci qran-pridə 23 ölkədən 209 klubun tərkibində 1621 nəfər qatılacaq.

Kumite üzrə baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə 14-15 yaşlılarda Ramil Balakişiyev (52 kq), Hüseyn Məmmədli (57 kq), Tale Yaqubov (63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (47 kq); 16-17 yaşlılarda Fərid Əbdülkərimov (55 kq), Əminağa Quliyev (61 kq), Tural Yaqubov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (48 kq), Ayla Rzazadə (59 kq); 18-20 yaşlı gənclərdə Müseyib Məmmədov (60 kq), Qəşəm İskəndərov (75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (55 kq), Bəsti İsmayılova (61 kq), Zamira Rzayeva (68 kq) tatami üzərinə çıxacaqlar.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdən Emin Namazova (14-15), Ceyhun İsgəndərova (16-17) və Roman Heydərova (18-20) fürsət verəcək.

Həmin kateqoriyadan