Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada mükafat yarışında 8 medal qazanıb

Xorvatiyada yeniyetmə və gənc karateçilər arasında beynəlxalq mükafat yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, sayca 27-ci qan-pridə bizdən 27 idmançısı iştirak edib. Milli üzvləri 8 medal qazanıblar. Mükafatların beşi qızıl, üçü isə bürüncdür.

Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, 52 kq), Elcan Məmmədrzayev (60 kq), Asiya Məlikova (50 kq), İrina Zaretska (+68 kq, hər üçü 18-20 yaşlı gənclər) və Sahib Əhədov (yuxarı yaşlı fiziki qüsurlu idmançılar arasında) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mədinə Sadıqova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Vüsal Kamallı (75 kq) və Fəridə Əliyeva (+68 kq, hər ikisi 18-20 yaşlı gənclər) isə yarışı üçüncü pillədə başa vurublar. Daha 5 idmançımız bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib.

Yeniyetmə və gənclərdən ibarət milli komandamızı daha məsul yarış – fevralın 17-19-da Bolqarıstanın paytaxtı Sofiyada təşkil ediləcək növbəti Avropa çempionatı gözləyir. Karateçilərimiz milli komandaların məşqçiləri Anar Allahverdiyev, Qurban Tağıyev, Şahin Xudaverdiyev, Vahid Ayvazov və Vüqar Kərimovun rəhbərliyi ilə qarşıdakı yarışa hazırlıqları davam etdirəcəklər.

Həmin kateqoriyadan