Yeniyetmə və gənclərin dünya birinciliyinə seçim mərhələsi

26-30 oktyabrda Türkiyənin Konya şəhərində yeniyetmə və gənc karateçilərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə AMKF təlim-məşq bazasında yekun seçim mərhələsi olub.

Ayrı-ayrı yaş qrupları və çəkilər üzrə fərqlənənlər millinin əsas və əvəzedici heyətində yer alıblar. AMKF-in prezidenti Yaşar Bəşirov karateçilərin çıxışlarını izləyib. 

Avqutsun axırında 18-21 yaşadək gənclər arasında eyni seçim planlaşdırılır. Dünya çempionatı qabağı son hazırlıq işləri yenilənmiş heyətin gücləndirilmiş təlim-məşqləri olacaq.    

Həmin kateqoriyadan