- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Futbol üzrə Tunis millisinin yeni baş məşqçisi bəlli olub.
Allsport.az xəbər verir ki, bu posta Muin Şaabani gətirilib.
45 yaşlı mütəxəssislə 2030-cu ilin iyul ayınadək müqavilə imzalanıb.
Tunis yığması dünya çempionatının qrup mərhələsində İsveçə (1:5), Yaponiyaya (0:4) və Niderlanda (1:3) uduzaraq mübarizəni erkən dayandırıb.
Komanda mundial zamanı baş məşqçi dəyişikliyi də edib. İsveçə məğlubiyyətdən sonra Sabri Lamuşi vəzifəsindən ayrılıb və onun yerinə Erve Renar təyin olunub. Lakin fransalı mütəxəssis də iyulun 4-də komandadan ayrılıb.