- Baxış sayı: 90
- 09 Noyabr 2026 19:53
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunan Avro Liqanın Super Final mərhələsində 6-cı yeri tutub. Allsport.az xəbər verir ki, millimiz bu gün Macarıstanla 5-ci yer uğrunda oyuna çıxıb.
Təəssüf ki, komandamız son oyununda da məğlubiyyətlə üzləşib – 2:4. Millimizin heyətində Namiq İsgəndərovla Asif Zeynalov fərqlənib.
Xatırladaq ki, Azərbaycan əvvəlki oyunlarında Rumıniya (5:6) və Çexiyaya (4:5) məğlub olmuş, Türkiyəyə qalib gəlmişdi – 4:4, penaltilərlə – 3:2.