Yoahim Löv: Gələn ilin martında Bakıda bizi Azərbaycan millisi ilə həlledici oyun gözləyir

Almaniya millisinin  baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı gələn ilin mart ayında keçiriləcək oyunlarından söz açıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, “ay-ulduzlular”ımızın şəninə tərif deyib:

“Seçmə mərhələdə hədəfimiz qrupu 1-ci pillədə başa vurmaqdır. İddiamızı sona qədər davam etdirəcəyik. Bizim əsas məqsədimiz hər oyundan qələbə ilə ayrılmaqdır.

Hazırda əsas izləyimiz Azərbaycandır. Gələn ilin martında bu komandaya qarşı Bakıda keçirəcəyimiz oyun bir növ liderlərin qarşılaşması ola bilər”.

Həmin kateqoriyadan