Yohan Valem: “Qapıçımız penaltini dəf etməklə, bizi xilas etdi”

Millətlər liqasının qrup mərhələsində “Elbasan arena”da Azərbaycan – Kipr oyunu 0:0 bitib. Allsport.az saytı xəbər verir ki, rəqibin baş məşqçisi Yohan Valem matçla bağlı bunu deyib:

“Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı. Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə, bizi xilas etdi.

Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.

Həmin kateqoriyadan