- Baxış sayı: 32
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

ABŞ futbol federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə müqavilənin müddətini uzadıb.
Allsport.az xəbər verir ki, argentinalı mütəxəssislə imzalanan yeni müqavilə 2030-cu ilədək qüvvədə olacaq.
Bununla da 54 yaşlı baş məşqçi ABŞ yığmasını 2030-cu il dünya çempionatına hazırlayacaq.
Maurisio Poçettino 2024-cü ildən ABŞ millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2025-ci il KONKAKAF qızıl kubokunda finala yüksəlib. ABŞ yığması həmçinin ev sahibliyi etdiyi DÇ-2026-da 1/8 finala kimi irəliləyərək, bu mərhələdə Belçikaya uduzub.