- Baxış sayı: 33
- 16 Sentyabr 2026 23:14
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

“Beşikdaş”dan ayrılan Joau Mariunun yeni klubu məlum olub.
Allsport.az xəbər verir ki, portuqaliyalı hücumameyilli yarımmüdafiəçi Yunanıstana qayıdıb.
Mariu AEK-lə anlaşıb. 33 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Joau Mariu 2025/26 mövsümündə icarə əsasında AEK-də çıxış edib. Portuqaliya millisinin üzvü Afina təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.