Yunanlar olimpiya kəndində ətrafı virusa yoluxdurub

Tokio-2020 ilə əlaqəli şəxslərin koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub. Allsport.az saytı xəbər verir ki, son sutka ərzində daha 31 nəfərdə yoluxma aşkar edilib.

Onlardan biri Yunanıstanın sinxron üzgüçülük üzrə komandasının üzvüdür. Beləliklə, həmin komandada yoluxanların ümumi sayı 6 nəfərə çatıb.

Oyunlarla əlaqədar şəxslər arasında koronavirusa yoluxanların ümumi sayına gəlincə isə bu göstərici 353 nəfərə çatıb. Həmçinin hesabatda bildirilir ki, iyulun 1-dən olimpiadaya hazırlıq və yarışların keçirildiyi günlər ərzində 543 min koronavirus testi götürülüb.

Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Tamaşaçılar məhz buna görə oyunlarına buraxılmırlar.

Həmin kateqoriyadan