Yunis Hüseynov: “Gənclər mübarizə aparırlar, amma onlardan tam razı deyiləm”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.

Həmin kateqoriyadan