Yunis Hüseynov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk növbədə futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm. Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan