- Baxış sayı: 43
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz qələbə üçün çalışırdıq, bunu da bacardıq. Qələbə qazansaq da, oyunun çətin keçdiyini deməliyəm. Bildiyiniz kimi, biz “Qəbələ”yə uduzmuşduq. Həmin ağır məğlubiyyətdən sonra gərginlik vardı. Gərginliyi fərdi söhbətlərdən sonra aradan qaldırıb, AzAL-ı düzgün şəkildə təhlil etdik. Qarşıda bizim ağır oyunlarımız var və həmin görüşlərə hazırlaşmalıyıq”.