Yunis Hüseynov: “Xəzər Lənkəran”dan getməyim düz çıxmaz”

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AzAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Ola bilər ki, azarkeşlərin rəqibi dəstəkləməsi futbolçularıma mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar. Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram”.

Həmin kateqoriyadan