- Baxış sayı: 41
- 19 İyun 2026 23:06
- Baxış sayı: 34
- İyun 19, 2026
- 0

Rusiya Federasiyası Çeçenistan respublikasının paytaxtı Qroznıda tanınmış kikboksçumuz Zabit Səmədov ilə niderlandlı Errol Tsimmerman arasında əvəz görüşü keçirilib.
Allsport.az saytı xəbər verir ki, Əhməd Qədirovun xatirəsinə beynəlxalq turnirdə həmyerlimiz “Sümükqıran” ləqəbli rəqibinə qalib gəlib.
2008-ci ildə K-1 idmanı üzrə keçirilmiş yarışda hakimlər qələbəni minimal xal üstünlüyü ilə Niderland idmançısına vermişdi. Bu görüşədək aktivində 107 döyüş olan Zabit Səmədov onlardan 97-də qələbə qazanıb, bir qarşılaşmada isə heç-heçə edib.