Zaur Hacıbabayevin dönüşü uğurlu alınıb

Rusiyada MMA üzrə “M-1 Challenge 86” yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Nazran şəhərində keçirilən qarışıq təkbətək döyüş Azərbaycanı Avropa, Asiya və ikiqat dünya çempionu Zaur Hacıbabayev təmsil edib.

Həmyerlimiz yerli idmançı Nikolay Savilovla qarşılaşıb və inamlı qələbə qazanıb. Ölkəmizin ən titullu MMA döyüşçüsü zədə səbəbindən uzun müddət idmandan kənarda qalmışdı. Rusiyada yarış idmançının il yarımdan sonra qatıldığı ilk sınaq olub.

Həmin kateqoriyadan