Zaur Svanadze: “Daha çox hücumlar qurduq”

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çətin oyunda 3 xalı qazana bildik. İlk hissədə hesab 2:0 olarkən, çox çətin anlar yaşadıq. İkinci hissədə isə vəziyyəti bir qədər düzəltdik, daha çox hücumlar qurduq. Qələbə qazandığımız üçün çox şadam. Oyunçuları təbrik edirəm. “Qəbələ”yə Avropa Liqasında uğurlar arzulayıram. Hazırda əsas problem Rauf Əliyevin aldığı zədədir. Onun zədəsi ilə bağlı indi konkret danışa bilməyəcəyəm. Müayinədən sonra hər şey məlum olacaq”.

Həmin kateqoriyadan