Zaur Svanadze: “Problemlərin fonunda qalib gəldik”

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq. Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik, bu da öz təsirini göstərir. 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı”.

Həmin kateqoriyadan