- Baxış sayı: 45
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 152
- Sentyabr 23, 2026
- 0

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk hissədə “yatdıq”. İkinci hissədə yaxşı oynamağa başlasaq da, şanslardan yararlana bilmədik. “Qarabağ” çox yaxşı komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Verilən penalti barədə nə deyə bilərəm? Mən epizoddan uzaq idim. Düşünürəm ki, Lomaya topa oynamışdı. “Qarabağ”ın oyunçusu isə topu, məncə, bilərəkdən kənara vurdu. Biz epizoda baxdıqdan sonra bu barədə konkret fikir bildirə bilərik”.