- Baxış sayı: 44
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Düşünürəm ki, müdafiəçilərimiz bu gün çox yaxşı oynadılar. Müdafiəçilərimiz rəqib hücumçularına imkan vermədilər. İkinci hissədə öndə təhlükəli epizodlar yaratdıq. Təəssüflənirəm ki, bizim yüksək səviyyəli hücumçumuz yoxdur. Nə qədər dəyişikliklər etsək də, irəlidə daha güclü ola bilmirik. Bu problemləri aradan qaldırmaq üçün variantlar axtarırıq. Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır”.