Zidanın oğlu “Real”da qalıb

Allsport.az xəbər verir ki, Zinəddin Zidanın üçüncü oğlu olan yarımmüdafiəçi Teo Zidan “Real Madrid”lə müqaviləsini uzadıb. 

21 yaşlı fransalının əvvəlki müqaviləsi bu yay başa çatıb, yenisi isə daha bir il, 30 iyun 2024-cü ilə qədər qüvvədədir.

Məşqçinin övladı 2002-ci ildə Marseldə anadan olub və 2010-cu ildə “Real”ın akademiyasına keçib.

Teo Zidanın dörd oğlundan ən istedadlısı hesab olunur.

Həmin kateqoriyadan