“Zirə” “Neftçi”ni də devirib, zirvəyə yüksəldi

Bu gün Topaz Premyer Liqasında 7-ci turun növbəti oyunu keçirilib. Allsport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun ikinci oyun günündə də bir görüş gerçəkləşib.

Çempionatın debütantı “Zirə” “Neftçi”ni qəbul edib. Bu komandalar indiyədək qarşılaşmamışdılar. Liderdən cəmi iki xal geri qalan zirəlilər qələbə qazanacağı halda nəinki əsas izləyicisi “Neftçi”ni altı xal qabaqlayacaq, həmçinin zirvəni ələ keçirəcəkdi. Belə də olub. Cari mövsümün əsl sürprizi olan bu komanda “ağ-qaralar” üzərində də inamlı qələbəyə sevinib.

Topaz Premyer Liqası
7-ci tur
3 oktyabr (şənbə)

“Zirə” – “Neftçi” – 2:0
Qollar: İ.İvanoviç, 19 (1:0). N.Bonilya, 72 (2:0).
Qırmızı vərəqə: F.Muradbəyli, 47.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 10. İqor İvanoviç, 32. Luis Alberto Dies, 27. Rəşad Abdullayev (k), 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 7. Rihayro, 2. Çimezi Mbah, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Kinta, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 16. Əziz Quliyev, 3. Filyo Jayro Rodriqes.
Baş məşqçi: Samir Əliyev.

Turun digər oyunları: AzAL – “Rəvan” – 1:0, 4 oktyabr (16:00. “Kəpəz” – “Sumqayıt”, 19:00. “İnter” – “Qarabağ”, 21:00. “Qəbələ” – “Xəzər Lənkəran”)

Bombardirlər:
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Aleksey Qay (“Qəbələ”), Riçard Almeyda (“Qarabağ”).

Həmin kateqoriyadan