“Sumqayıt”la “Zirə” qol vura bilmədi, “Neftçi” “Rəvan”a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

Öncə “Sumqayıt” çempionatın debütantı “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, qarşılaşmada qalib müəyyənləşməyib.

Turun qapanış matçında isə “Rəvan” “Neftçi”ni qəbul edib. Görüş qonaq komandanın inamlı qələbəsi ilə başa çatıb.

Topaz Premyer Liqası
4-cü tur
13 sentyabr

“Sumqayıt” – “Zirə” – 0:0
Qırmızı vərəqə: A.Çertoqanov, 74.
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad–Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 23. Tural Rzayev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 20. Emil Həsənzadə, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 77. Fuad Məmmədzadə.
Baş məşqçi: Aqil Məmmədov.
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 2. Mbah Çimezi, 8. Tərzin Cahangirov, 11. Viktor İqbekoyi, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 32. Luis Alberto Dies, 23. Eltun Hüseynov, 7. Rihayro, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

“Rəvan” – “Neftçi” – 1:3 (0:2)
Qollar: F.Muradbəyli, 24 (0:1). R.Hacıyev, 40 (0:2). N.Muxtarov, 70 (1:2). F.Muradbəyli, 82 (1:3).
Qırmızı vərəqə: Aylton, 56.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 32. Konstantin Maxnovski, 13. Cəmşid Məhərrəmov, 11. Şeriff Suma, 6. Vüqar Bəybalayev, 21. Novruz Məmmədov, 18. Samuel Barlay, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov (k), 86. Fərid Quliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 16. Orxan Lalayev, 24. Elçin İsmayılov, 7. Elvin Həsənəliyev, 77. Cavad Kazımov, 10. Alibobo Raxmatullayev, 19. Tural Qürbətov.
Baş məşqçi: Emin Quliyev.
“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 20. Antonio Kinta.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 95. Elvin Bədəlov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 16. Əziz Quliyev, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov.
Baş məşqçi: Samir Əliyev.

Turun digər oyunları: “Qarabağ” – “Xəzər Lənkəran” – 1:0, “Kəpəz” – AZAL – 1:0, “İnter” – “Qəbələ” – 2:1.

Həmin kateqoriyadan