“Zirə” “Xəzər Lənkəran”a səfərdə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Xəzər Lənkəran” doğma meydanda çempionatın debütantı “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaq komanda matça əlavə olunmuş dəqiqələrdə penaltidən vurduğu qolla meydandan 3 xalla ayrılıb.

Topaz Premyer Liqası
6-cı tur
27 sentyabr

“Xəzər Lənkəran” – “Zirə” – 0:1
Qol: R.Abdullayev, 90+2-pen. (0:1).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 7. Sadio Tounkara, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov.
Baş məşqçi: Yunis Hüseynov.
“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 32. Luis Alberto Dies, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 90. Vüsal İsgəndərli, 23. Eltun Hüseynov, 8. Tərzin Cahangirov, 7. Rihayro, 4. Ruslan Cəfərov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

Turun digər oyunları: “İnter” – “Kəpəz” – 1:0, “Rəvan” – “Qəbələ” – 0:3, “Qarabağ” – “Neftçi” – 1:1, “Sumqayıt” – AzAL – 1:1.

Həmin kateqoriyadan