- Baxış sayı: 48
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu gün AFFA İntizam Komitsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Zirə” – “Rəvan” matçında oyunöncəsi iclasda “Zirə” klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.
“Zirə” yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.