“Zirvə” oyunlarında ən güclü kikboksçular

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, AAAF-ın kompleksinin əsas yarış zalında qurulan rinqdə 8 çəki dərəcəsi üzrə 2006-2009-cu il təvəllüdlü 100-ə yaxın kikboksçu qüffəsini sınayıb. Turnirdə Azərbaycanın bölgələrini və paytaxtı təmsil edən 30 klubun nümayəndəsi döyüşüb. Yeniyetmə kikboksinqçilər qələbə əzmi nümayiş etdirib, güclü zərbələrlə rəqiblərini məğlub etməyə çalışıblar.

26 kq, 28 kq, 32 kq, 37 kq, 42 kq, 47 kq və +47 kq çəki dərəcələrində müvafiq olaraq Elşən Əliyev, Elvin Fətəlili, Nazim Verdiyev, Sübhan Məmmədov, Kənan Cəfərli, Vüqar Məmmədov, Səfərəli Vəhədov və Ruslan Qəhrəmanov qalib adını qazanıblar. Bütün mükafatçılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub. Təqdimetmə mərasimində kikboksinq federasiyasının prezidenti Adil Əliyev və “Zirvə”nin vitse-prezidenti Ruslan Xanverdiyev iştirak ediblər.

Həmin kateqoriyadan